“Məktəblərdə, Universitetlərdə şəhidlərimizin şəkli vurulur ki, bu çox sevindirici bir haldır. Amma məncə biz yaşayan insanlarımızın da şəkillərini universitetlərdən, məktəblərdən asmalıyıq”.
Busaat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bizim idmançılarımız var ki, onlar ölkəmizi dünyada təmsil edirlər və onlarında şəkilləri, adları tanıdılmalıdır.
“Bunu etməliyik ki, məktəblilərimiz, tələbələrimiz onları tanısın, onlardan örnək götürsün. Etmirik deyə, bu gün Baboşlar məşhurlaşır”.