Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.69 $▲2.63%
  • WTI neft87.00 $▲2.03%
  • Avropa qazı (TTF)90.67 €▲3.96%
  • Təbii qaz (ABŞ)3.299 $▲0.95%
  • Qızıl3 910 $▼1.77%
  • Gümüş50.45 $▼1.91%
  • Pambıq78.54 ¢▼4.62%
  • Buğda596.75 ¢▼0.79%
  • Bitcoin72 459 $▼1.99%
  • Ethereum2 009 $▼2.18%
  • S&P 5007 619▲1.29%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İdman

“Qarabağ”ın qələbəsinə görə 11 klubumuz da sərvət qazanacaq - REKORD MƏBLƏĞ

image-03040d25-09f6-4b4e-a182-9e625ff7c586
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.

Busaat.az Qol.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədilə maddi yardım ayıracaq.

Konkret Azərbaycana gəlincə, Premyer Liqasında yarışan 12 klubdan 11-nin (“Qarabağ” istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.

Məsələsə burasındadır ki, “Qarabağ” ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.

Ağdam klubunun özünə gəlincə, “Qarabağ” təkcə ÇL-in Liqa mərhələsinə düşdüyünə görə, 18 milyon 620 min avronu artıq təmin edib.

UEFA tərəfindən təsnifat mərhələsində iştiraka görə əlavə bonusların ödəniləcəyi də gözlənilir. Liqa mərhələsində isə bir qələbəyə görə 2 milyon 100 min, heç-heçə üçün isə 700 min avro mükafat nəzərdə tutulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170874