Bütün ermənilərin katolikosu II Qaregin öz vəzifəsini tərk etməlidir.
Busaat.az-ın erməni KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
“Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktiç Nersisyan (katolikos – red.) öz vəzifəsini tərk etməlidir”, – o bildirib.