Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 690 $▼0.05%
  • Ethereum2 235 $▼0.02%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Maqazin

Rusiyaya “buraxılmayan” müğənnilər - Hüquqşünas onların yalanını AÇDI

image-1756533821_namiq_1756396531
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər bəzi azərbaycanlı müğənnilərin Rusiyaya buraxılmadıqları barədə informasiyalar ictimailəşdirilir. Məsələn, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Şəbnəm Tovuzlu sosial şəbəkəlırdə belə xəbərlər yayıblar.

Onlar idda edirlər ki, Rusiyaya girişlərinə qadağa qoyulub.

Maraqlıdır, bu müğənnilər indiyə kimi Rusiya əleyhinə hansı çıxışları ilə yadda qalıblar ki, onlara qarşı belə sərt addımlar atılıb?

Busaat.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov həmin şəxslərin bu cür informasiyaları bilərəkdən ictimailəşdirdiklərini bildirib.

“Yeni dəb düşüb: müğənnilərimizin Rusiya hava limanlarında saxlanılmaları haqda xəbərlər yayılır. Əslində, bu, saxlanma deyil. Sadəcə, Rusiya ərazisinə buraxılmadan öncə əlavə yoxlamadır. Sırf Azərbaycanla da bağlı deyil. Ümumən Rusiyadakı faktiki hərbi vəziyyətlə bağlıdır. Mən Moskvaya iyulun 1-də, yəni bu həngamənin lap başlanğıcında getmişdim və məni də bir neçə saat buraxmadılar. Digər azərbaycanlılar kimi. Amma yalnız bizə aid deyildi. Məsələn, tacikləri də gözlətdirirdilər. Odur ki, bizim müğənnilərimiz heç bir dövləti maraq kəsb etmir ki, onları orada kimsə saxlasın. Onlar bizim əksəriyyəti bisavad və get-gedə zövqü korlanan kütlədən başqa heç kimə lazım deyillər…”, – hüquqşünas deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170951