Samir Nuriyev dövlət rəsmilərinə tapşırıqlar verdi – FOTOLAR

image-f91cf17b-c901-4dc5-a81b-f8a595009bc3jpeg-1730387945backend
Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası olub.

Busaat.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev artıq COP29-a sayılıgünlərin qaldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.

Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.

Samir Nuriyev əlavə edib ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.

Təşkilat Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Bu xüsusda, Samir Nuriyev deyib ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da artdığı aydın hiss olunur.

Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Samir Nuriyev, eyni zamanda, Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.

Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik sessiyası və hazırda Kolumbiyada işini davam etdirən BMT-nin “Bioloji Müxtəliflik haqqında” Konvensiyasına Tərəflərin Konfransı da daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə danışıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media-kommunikasiya sahəsində həyata keçirilən fəaliyyət və vətəndaş cəmiyyətinin COP29-a töhfəsi ilə bağlı çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda görülən işlər, paytaxtda keçirilən nəqliyyat monitorinqləri və digər təşkilati-logistika məsələləri barədə danışıb.

Xarici işlər naziri Ceyhun Bayramov COP29 zamanı qəbul edilməsi nəzərdə tutulan mühüm sənədlər, xüsusilə yeni iqlim maliyyəsi hədəfi ətrafında son vəziyyət barədə çıxış edib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda yaşıl enerji sahəsində həyata keçirilən işlər, Energetika Nazirliyinin xətti ilə COP29 zamanı təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Həftəsi və keçirilən digər tədbirlərlə bağlı məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29-un təşkili prosesində miqrasiya idarəçiliyi barədə danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlər barədə məlumat verib.

COP29-un Gənc iqlim çempionu Leyla Həsənova gənclərin iqlim fəaliyyətində iştirakı sahəsində görülən işlər barədə danışıb.

İclasda Bakı Olimpiya Stadionunda hazırlıq işlərinin son vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın COP29-da Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti tarixi uğuruna imza atacağına əminliyini ifadə edib, COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.


B5C67B5D 3840 4FCB 8E68 289F3A125DBFjpeg 173038792770656F45 88E1 46D7 8C5C 0E78C8CA329Bjpeg 17303879277BBBA927 3CCC 48F8 9B9C F708C6A17F33jpeg 1730387927B41539F3 BFF8 44F4 AC63 BD88868251ACjpeg 1730387927E9724AD8 85FC 41C1 AB91 3770561E814Cjpeg 17303879282AB57B81 BABE 48E6 966B 9D54625F2B17jpeg 17303879285DAD1D6B 709C 4A66 ADA3 BB89BE4D0177jpeg 173038792866FECFE7 3598 40C0 AD5A 7B4CA98439DCjpeg 17303879287F717A7F 5F43 4449 9202 36A9E3DD61F0jpeg 173038792827E117C3 4F8C 44B6 9140 84802093565Djpeg 173038792881910080 A6B9 464D A80B 2E77AEE5234Cjpeg 1730387928

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki