Böyük müharibəyə hazırlıq? – Belarus 100-150 min könüllüdən ibarət ordu qurur

Böyük müharibəyə hazırlıq? – Belarus 100-150 min könüllüdən ibarət ordu qururbackend
image-uzb_ads_desk

Belarus prezidenti Aleksandr Lukaşenko 100-150 min könüllüdən ibarət quru ordusunun yaradılması barədə göstəriş verib.

Busaat.az-ın xarici mediaya istinadən xəbərinə görə, Lukaşenkonun göstərişi barədə bildirilib:

“Belarus lideri vətəndaşların silahdan necə istifadə etməyi, ölkəyə hücuma cavab verməyi və dinc dövrdə ictimai asayişin qorunmasına töhfə verməsi üçün yeni könüllü regional müdafiə ordusunun yaradılmasına göstəriş verib”.

Belarus Təhlükəsizlik Şurasının iclasında danışan Lukaşenko, “Vəziyyət asan deyil. Mən bunu dəfələrlə demişəm. Tək kişilər deyil, hər kəs ailəsini, lazım gələrsə, evini, öz torpağını, ölkəsini qorumaq üçün ən azı silahdan istifadə etməyi bilməlidir”, – deyə qeyd edib.

“Euronews Türkçe”də yer alan xəbərə görə, Ukraynaya hücum etmək üçün ölkə ərazisini Rusiya əsgərlərinə açan Lukaşenko ölkəsinin ancaq hücuma məruz qalacağı təqdirdə müharibəyə girəcəyini bir daha vurğulayıb.

Lukaşenko Ukraynadakı müharibənin həm də ölkəsinin ordusunu gücləndirməsini zəruri etdiyi fikrini ifadə edib.

Müdafiə naziri Viktor Xrenin könüllü quru ordusunun 100-150 min əsgərdən ibarət olacağını və lazım gələrsə, bu sayı artıra biləcəklərini bəyan edib.

Qeyd edək ki, Belarusun nizami ordusunda 48 min əsgər və 12 min sərhədçi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki