Britaniyada Vaqnerə qarşı “Ukraynada terror fəaliyyətləri” iddiası ilə məhkəmə prosesi başladıldı

image-mans-pic905-895x505-7034345_1524655730backend

 Ukraynadan Britaniyaya sığınan zərərçəkənlər Rusiyanın muzdlu qruplaşması Vaqnerin Ukraynada terror fəaliyyətlərində iştirak etdiyi iddiaları ilə məhkəməyə müraciət edəcəklər.

Busaat.az xəbər verir ki, bu barədə “McCue Jury and Partners” hüquq mərkəzinin açıqlamasında bildirib.

Mərkəz dünən Britaniya parlamentində keçirilən sessiyada iştirak edib və Vaqner qrupunun Ukraynadakı terror fəaliyyəti ilə bağlı Parlamentin Xarici Əlaqələr Komitəsinə təqdim edilən sübutları dinləyib.

Açıqlamada, Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin araşdırmasından əvvəl hüquq mərkəzinin “Wagner Group and Beyond: Proxy Private Military Companies” (Vaqner Qrupu və Digərləri: Cavabdeh Xüsusi Hərbi Şirkətlər) mövzusunda ifadə verməsi istənilib.

“Yalnız Vaqner kimi bir terror təşkilatı nüvə obyektlərinin ətrafına partlayıcı yerləşdirə bilər” deyən bəyanatda Vaqnerin mülki əhalini ram etmək üçün işgəncə, qətl və zorakılıq vasitələrindən silah olaraq istifadə etməsi kimi hərbi cinayətləri təsdiqlənib. İyulun 29-da İngiltərə Müdafiə Nazirliyinin Twitter hesabından Ukraynadakı vəziyyətlə bağlı paylaşılan kəşfiyyat hesabatında Ukraynanın şərqində bəzi nöqtələrdə rusiyalı Vaqner muzdlularının yerləşdirildiyi iddia edilib.

Hesabatda, “Rusiyanın Ukrayna ilə müharibədə canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi üçün belə bir qərar qəbul etmiş ola biləcəyinə və Vaqner qüvvələrinin müharibənin gedişatında ciddi bir dəyişiklik edə bilməyəcəyinə” diqqət çəkilib. Vaqner bir çox ölkələrdə fəaliyyət göstərir Ukraynanın şərqində – Donbassdakı münaqişələr səbəbindən 2014-cü il mayın 1-də rusiyalı iş adamı Yevgeni Priqojinin təsis etdiyi “Vaqner” təhlükəsizlik şirkəti Suriya, Liviya və digər ərəb ölkələrində, Afrika və Latın Amerikasının bir çox ölkələrində fəaliyyət göstərir. Rus muzdluları kimi tanınan Vaqner qrupunun 2020-ci ilin iyulunda Malidə çevrilişlə hakimiyyətə gələn xuntanı və 30 sentyabrda Burkina Fasoda çevrilişi dəstəklədiyi iddia edilir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90