Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır – ŞƏRH

image-efvvvvbackend

“Azərbaycanda önəmli günlərdə Prezident İlham Əliyev tərəfindən dəfələrlə əfv sərəncamları imzalanıb. Bu qərarlar ölkəmizdə dövlətimizin başçısı səviyyəsində humanizm siyasətinin davam etdirilməsidir. Dövlətimiz daim belə humanist qərarlarla örnək davranışlar nümayiş etdirib. Belə ki, əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Dövlətin məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa sövq edir. Bu addım, eyni zamanda, ölkədə dövlət-xalq tandemini daha da qüvvətləndirir”.

Bu fikirləri Busaata.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

image-tural-ismayilov

O bildirib ki, əfv sərəncamı dövlətimizin, prezidentimizin humanistliyinin nümunəsi, ölkəmizdə insana verilən dəyərin təzahürüdür:

“Həmçinin bu əfv Sərəncamı öz əhatəsinə görə digərlərindən fərqlənir. Sərəncam dövlətimizin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir. İctimai rəydə dövlətimizin başçısının bu humanizmi xüsusi dəyərə malikdir. Sərəncam bir çox ailənin böyük sevincinə səbəb olur, insanların dövlətimizə inamını daha da yüksəldir. Prezident İlham Əliyevin təşəbbüsü ilə dəfələrlə əfv sərəncamları verilib, amnistiya aktları qəbul olunub. Bəzən il ərzində bir neçə dəfə əfv sərəncamları olur, minlərlə məhbus azadlığa çıxır. Dövlətimizin başçısı azadlıqdan məhrum edilən və cəzasının böyük hissəsini çəkmiş insanları azadlığa buraxmaqla onlara ailələrinə qovuşmaq, etdikləri səhvdən nəticə çıxarmaq üçün şans verir. Əfv olunanlar dövlətin onlara inam və etibarını üzərilərində hiss edirlər ki, bu da onlara layiqli vətəndaş olmaq üçün stimul verir”.

“Bundan əvvəl də azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əfv olunan məhbusların ailələri Azərbaycandakı humanizmi yüksək dəyərləndirirlər. Həmçinin bu Sərəncam dünyada hələ də ölüm hökmlərinin qaldığı bir çox ölkəyə örnək olmalıdır.

Əfv Sərəncamı bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, xoşbəxtliyi dayanır. Bu addımla insanlara həyatlarında növbəti şans verilir. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Belə ki, bu dəfə əvvəlkilərdən daha çox – 801 məhkum əfv edilib. Yuxarıda sadaladığımız bütün faktlar dünyada yeni Azərbaycan modeli yaradır”, – politoloq əlavə edilib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki