Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

image-cempionbackend

Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək.

Busaat.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” klubları üz-üzə gələcək. Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Çelsi” tarixində iki dəfə ÇL-in kubokunu qazanıb. “Mançester Siti” isə bu turnirdə indiyə kimi qalib olmayıb.

Qeyd edək ki, turnirin son qalibi “Bavariya”dır.

29 may

23:00. “Mançester Siti” (İngiltərə) – “Çelsi” (İngiltərə)
Baş hakim: Antonio Mateu Laos
Portuqaliya, “Draqau” stadionu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90