“Bu gün heç bir erməni liderin və oliqarxın danışmaq hüququ yoxdur” – Manvel Yeqiazaryan

“Bu gün heç bir erməni liderin və oliqarxın danışmaq hüququ yoxdur” – Manvel Yeqiazaryanbackend

Ermənistanın baş naziri Nikol Paşinyan istefa etməlidir.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Arabo” dəstəsinin komandiri Manvel Yeqiyazaryan jurnalistlərə verdiyi müsahibədə səsləndirib.

Onun fikrincə, son iki ildə heç bir şey edilməyib.

“Nikol Paşinyan keçən il dedi ki, bizim oliqarxlarımız yoxdur. Hansı oliqarxlardan bəhs edirik?”. O, Baş nazirin açıqlamasını xatırladıb.

“Bu gecə bəzi iğtişaşçıların hərəkətləri oliqarxlar tərəfindən idarə olunub”.

Manvel Yeqiyazaryana görə, otuz il ərzində ölkə talan edilib, insanlar yetim qalıb.

“Bu gün heç bir liderin və oliqarxın danışmaq hüququ yoxdur. Hamısı günahkardır. İnsanları niyə sərhədə çağırmadılar? Səfərbərlik nə vaxt oldu ki, insanlar getmədilər? Son bir neçə gündə qəribə şeylər gördük, səfərbər olmadılar. Hansısa tendensiya var idi. Zəngilan və Qubadlını geri qaytarmaq mümkün idi. Niyə etmədilər? Zəngılanı üç Pikap maşını ilə tutduqlarını bilirsinizmi?” deyib Manvel Yeqiazaryan.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki