Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 124 $▼4.54%
  • Ethereum1 817 $▼5.75%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI

image-kalendar1701005526
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda bəzi günlərdə iş olmayacaq. Bu, noyabr ayında Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır.

Busaat.az Milli.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bu qərarı bəzi vətəndaşlar arasında çaşqınlıq yaratdığı üçün təhsil eksperti Elçin Əfəndi noyabrda kimlərə hansı günlərdə iş və dərsin olmayacağını təqdim edib:

2024-cü ilin noyabr ayında qeyri-iş günləri

5 günlük işləyənlər üçün: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 və 30 noyabr tarixləri

6 günlük işləyənlər üçün: 3, 8, 9, 10, 17 və 24 noyabr tarixləri

Respublikanın bütün ərazisində fəaliyyət göstərən tam orta və ümumi orta təhsil müəssisələrində şagirdlər üçün bayram və tətil günləri: 2, 3, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24 noyabr tarixləri.

Orta ixtisas və ali təhsil müəssisələri üçün bayramla əlaqədar tətil və istirahət günləri: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 noyabr tarixləri.

Qeyd 1: 8 noyabr (Zəfər Günü) və 9 noyabr (Dövlət Bayrağı Günü) bayram günləridir. 12-22 noyabr tarixləri arası şagirdlər üçün payız tətilidir. Onlar 23 noyabr tarixindən dərsə başlayacaqlar.

Qeyd 2: Bakı, Sumqayıt və Abşeron rayonunda təhsil alan tələbələr üçün noyabr ayının 14-dən 25-dək (qeyri-iş günləri nəzərə alınmaqla) dərslər distant formada tədris olunacaq. Qalan digər ərazilərdə ənənəvi qaydada dərslər tədris olunacaq.

Qeyd 3: Noyabr ayında bazar günləri: 3, 10, 17 və 24 noyabr tarixləri.

Qeyd 4: İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 9 noyabr qeyri-iş gününə təsadüf etdiyi üçün həmin günə görə 11 noyabr da qeyri-iş günü hesab olunur.

Beləliklə, 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl olaraq qeyri-iş günləridir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=151020