Bu gündən 40 yaşlıların peyvəndlənməsinə başlanılır

image-peyvend-1backend

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Busaat.az xəbər verir ki, bu yaş kateqoriyası üzrə vətəndaşlar koronavirus (“COVID-19”) əleyhinə peyvənd olunacaqlar.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də Çin istehsalı olan “CoronaVAC” peyvəndi ilə başlanılıb. İlk mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib.

Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. Strategiyaya uyğun olaraq, ötən ayın 17-dən 50 yaş və daha yuxarı şəxslərin “COVID-19” xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilib.

Son statistikaya görə, hazırkı dövrədək ölkədə 482 664 nəfər koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesində iştirak edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90