Ermənistan ordusunun döyüş meydanında üzləşdiyi ağır məğlubiyyətlərə baxmayaraq ölkə rəhbərliyinin hələ də insanları bilə-bilə ölümə göndərməsi ölkədə günü-gündən narazılıqların artmasına səbəb olur.
Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın “168.am” informasiya portalının yayımladığı son məqalədə ölkə rəhbərliyinin insan həyatına dəyər verməməsi və xalqı bilərəkdən ölümə göndərməsi tənqid olunub:
“Qurbanların sayı rəsmi olaraq 1100 nəfəri ötüb, çox sayda hərbi qulluqçunun taleyi hələ də aydın deyil, cəsədlərin bir hissəsinin artıq Azərbaycanın nəzarətində olan ərazilərdə olduğu güman edilir.
İnsan həyatının bizim üçün ən qiymətli olması həqiqətdir. Müharibədə ölən və yaralananların olacağı da başadüşüləndir və Ermənistan hökumətinin bütün bunların vaxtında qarşısını almaq və faciəyə son qoymaq üçün nə etdiyini hələ heç kim bilmir.
Bir daha təkrar edirik, Ermənistanda ən yüksək dəyər həyatı prioritet olmalıdır. Bununla birlikdə, səlahiyyətlilərin ətalətinin, xarici siyasət korpusunun səriştəsizliyinin cavabını insanlar həyatları bahasına ödəyir. Şübhəsiz ki, hökumət buna görə cavab verəcək.
Bu günlərdə Baş nazir Paşinyan zəfər və həyat üçün deyil, nəyin bahasına olursa-olsun, vətən üçün ölüm məntiqi üzərində qurulan mesajlarından başqa insan həyatı ilə bağlı heç bir qeyd eləməyib.
Bu amansız müharibə nəyi göstərir? Bu hakimiyyət üçün insanın dəyəri yoxdur. Hakimiyyətin ambisiyaları, naməlum qüvvələrin borcları, qeyri-müəyyən siyasi hesablamalar var, hansı ki, Ermənistan xalqına çox baha başa gəlir. Ancaq mövcud hökumət sabah, birigün, bir həftə və ya bir ay sonra cəza anının gələcəyini anlamalıdır. Ermənistan Respublikasının səlahiyyətliləri cavab verməlidir”