Bu, liberal diktaturadır – Zaxarova

image-838df2b8-df5a-4300-b0d4-5291aace4e22backend

Paris Olimpiadası liberal demokratiyanın böhranının kulminasiya nöqtəsi kimi tarixə düşəcək.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, liberal diktaturadır – insan haqqında təhrif olunmuş fikirlərin tətbiqi. O liberal demokratiya böhranının kulminasiya nöqtəsi kimi yadda qalacaq”, – diplomat bildirib.

Qeyd edək ki, Olimpiadanın açılışı ciddi tənqid olunub.

Mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun guya parodiya edilməsinə görə dindarlara hörmətsizlikdə günahlandırılıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki