Bulvarda meyiti tapılan şəxsin 21 yaşı var imiş – Yenilənib

Bulvarda meyiti tapılan şəxsin 21 yaşı var imiş – Yenilənibbackend

Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb.

Busaat.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilir ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədovun meyitinin Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə aşkarlanması ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Mərhumun intihar etməsi ehtimal olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90