Çavuşoğlu İŞİD-lə bağlı iclasa qatılacaq

image-movludbackend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Mərakeş və ABŞ-ın ev sahibliyi edəcəyi İŞİD-lə Mübarizə Beynəlxalq Koalisiyasının Nazirlər iclasına qatılacaq.

Busaat.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyə XİN məlumat yayıb.

İclasda Suriya və İraqda İŞİD-lə mübarizədə davam edən səylərin nəzərdən keçiriləcəyi, Əfqanıstan və Afrikada son vaxtlar artan İŞİD-lə bağlı mövcud vəziyyətin müzakirə ediləcəyi bildirilib.

Görüş çərçivəsində Çavuşoğlunun ikitərəfli görüşləri də gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90