Cəlilabadda çiyələk yığımında kənd sakinlərinin iştirakı artır

image-oipbackend

Cəlilabad rayonunda çiyələk yığımına başlanılıb.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, 2025-ci ildə Cəlilabadda 632 hektar sahədə çiyələk əkilib.

Ötən il rayonda bu rəqəm 607 hektar olub.

Çiyələk istehsalı ilə 700-dən çox fermer məşğul olur. Bununla yanaşı, mövsümi yığım dövründə minlərlə kənd sakini üçün iş imkanı yaranır.

Həmçinin 2022-ci ildən Cəlilabadda “Çiyələk Festivalı” keçirilir. Festival çərçivəsində fermerlər məhsullarını təqdim edir, kulinariya nümunələri, canlı musiqi və xalq sənətləri sərgilənir və yerli turizmin inkişafına dəstək verilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki