Çinin Shenzhou-15 insanlı kosmik gəmisi ilə kosmosa göndərilən 3 astronavtın 6 aydan sonra sağ-salamat Yerə qayıtdığını açıqlanıb.
Busaat.az xəbər verir ki, keçən ilin noyabrında Shenzhou-15 adlı insanlı kosmik gəmi ilə kosmosa göndərilən astronavtlar Fei Junlong, Deng Cingming və Zhang Lu Çinin şimalındakı Daxili Monqolustan bölgəsindəki Dongfeng yatağına təhlükəsiz eniş ediblər.
Çin İnsanlı Kosmos Agentliyi (CMSA) Shenzhou-15 kosmik gəmisinin missiyasını uğurla başa vurduğunu, tibb qruplarının müayinəsindən sonra hər 3 astronavtın sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Çin Kosmik Stansiyasında qaldıqları müddətdə çinli astronavtlar 4 ekstravehikulyar fəaliyyət (EVA) həyata keçirərək, kosmosda gəzintilərdə yeni rekorda imza atıblar.
Busaat.az