Çin dövlət başçısı orduya “hazır ol” əmri verdi

image-tsipinbackend

“Ordu döyüş qabiliyyətini artırmalı və müharibəyə hazır olmalıdır”.

Busaat.az xəbər verir ki, bunu Çin lideri deyib. Çin lideri Si Tsipin ölkənin artan qeyri-sabitlik və təhlükəsizlik baxımından qeyri-müəyyənliklərlə üzləşdiyini bildirib və sözügedən amri verib.

Çin ordusunun yeni dövrdə çətin və ağır bir vəzifə ilə üz-üzə qaldığını vurğulayan Tsipin qeyd edib: “Bütün silahlı qüvvələr tək və ən əsas meyar kimi döyüş qabiliyyətinə diqqət yetirməli və bütün işlərini bu məqsədə uyğun şəkildə həyata keçirməlidir. Müharibəyə hazırlaşmaq və qalib gəlmək bacarığına nail olmaq lazımdır”.

Dünyanın yüz ildə sürətli bir dəyişikliyə məruz qaldığını qeyd edən Tsipin əlavə edib: “Çin ordusu milli suverenliyi, təhlükəsizlik və inkişaf maraqlarını qətiyyətlə qorumalı, partiya və xalqın ifadə etdiyi vəzifələri yerinə yetirməlidir”.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90