Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Çin Hindistanla müharibədəki itkilərinin sayını açıqladı

image-thumbs_b_c_7f7fce8f0c50429aed1f296fc6794125

Çin Hindistan ilə 2020-ci ildə Qalvan vadisində yaşadığı sərhəd münaqişəsində 4 hərbçisini itirib.

Busaat.az xəbər verir ki, bu barədə “Çin Xalq Azadlıq Ordusu Gündəliyi” qəzeti məlumat yayıb.

Xəbərə görə, Hindistan ordusu körpü və yol inşası üçün sərhəd xəttini keçib, sərhəd boyunca statusu dəyişdirərək qəsdən problem yaratmağa çalışıb. Çin ordusu təmas qurmaq üçün 4 hərbçi göndərsə də, Hindistan həmin əsgərləri öldürüb.

Çin mətbuatında hərbçilərin adları Çın Honqcün, Çın Şianqronq, Şiao Sıyüen və Vanq Cuoran olaraq açıqlanıb.

Bu, Çin hökumətinin sərhəddəki münaqişə zamanı verdiyi itkilərlə bağlı ilk rəsmi açıqlamasıdır.

Qeyd edək ki, Hindistan 2020-ci ilin iyun ayında baş verən insident zamanı 20 əsgərinin öldüyünü açıqlamışdı. Çinin isə 45 əsgər itirdiyi və ya yaralandığı iddia edilmişdi. Çin bu iddiaları təkzib etməmişdi.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul