Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft109.97 $▲0.41%
  • WTI neft101.02 $▲0.06%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.007 $▲0.74%
  • Qızıl4 026 $▲0.11%
  • Gümüş53.96 $▼0.38%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda625.50 ¢▲0.40%
  • Bitcoin80 222 $▲0.22%
  • Ethereum2 324 $▼0.13%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Çin Kəmər və Yol Təşəbbüsü layihələrinin səmərəliliyini artıracaq

image-cin
Çin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin rəhbərliyi çoxtərəfli layihələri gücləndirmək məqsədi daşıyan “Bir kəmər, bir yol” Təşəbbüsünün (BRI) həyata keçirilməsi üçün daha səmərəli beynəlxalq əməkdaşlığı təşviq edəcək. 

Busaat.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının (ÇKP) 20-ci Milli Konqresinin sözçüsü Sun Yeli bildirib.

“Biz “Bir kəmər, bir yol” təşəbbüsünün intensiv inkişafının daim yeni effektiv nəticələr verməsini təmin etmək üçün əməkdaşlıq və kapitalın iştirakı prinsiplərinə riayət etməyə davam edəcəyik” – deyə, Yeli deyib.

Sun Yeli qeyd edib ki, BRI geniş beynəlxalq dəstəkdən bəhrələnir və insan cəmiyyətinin formalaşdırılması üçün vacib praktik platformaya çevrilib. O xatırladıb ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq edən ölkələr arasında ticarət dövriyyəsi trilyonlarla dollar təşkil edir.

Əlavə edək ki, 2013-cü ildə Çin prezidenti Si Tsinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü çoxlu sayda dövlətin cəlb edilməsi, Çin və xarici kapitalın istifadəsi ilə beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini aktivləşdirmək məqsədi daşıyır. Artıq 150-dən çox ölkə və 30 beynəlxalq təşkilat bu təşəbbüsə qoşulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87770