Cinsiyyətini dəyişdirən məşhur aktrisa ilk fotosunu paylaşıb

Cinsiyyətini dəyişdirən məşhur aktrisa ilk fotosunu paylaşıbbackend
image-uzb_ads_desk

Cinsiyyətini dəyişdirməyə qərar verən Hollivud aktrisası Elliot Peyc əməliyyatdan sonra ilk fotolarını paylaşıb.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, son dəfə 2007-ci ildə “The Umbrella Academy” ilə tamaşaçı qarşısına çıxan aktrisa artıq trans olduğunu açıqlayıb. Cinsiyyətini dəyişdirən kino ulduzu duyğularını instaqramda paylaşıb:

“Qəlbimin dərinliklərindən təşəkkür edirəm, sevginiz və dəstəyiniz ən böyük hədiyyədir”.

Xatırladaq ki, aktrisa 2014-cü ildə Las-Veqasda keçirilən LGBT gənclik konfransında “Gizlənməkdən yoruldum” deyərək lezbian olduğunu etiraf etmişdi.

Qeyd edək ki, Elliot Peyc 2018-ci ildə rəqqasə və xoreoqraf Emma Portner ilə evlənib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki