“Bu günlərdə Azərbaycan Mərkəzi Asiyanın ən böyük söz sahibi olan dövlətlərindən biri Özbəkistan prezidentini və onun xanımını qonaq qismində qarşıladı. Özbəkistan ilə ölkəmizin diplomatik münasibətləri 1995 ci ildə qurulmasına baxmayaraq Azərbaycan və Özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri tarixən mövcud olub. Ortaq tarixi dini və mədəniyyəti bölüşən eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. İki qardaş xalq arasında olan əlaqələr sovet dövründə xeyli inkişaf edib. Ötən əsrin 30 -cu illərində kütləvi represiyalar zamanı 10 minlərlə azərbaycanlı özbəkistanda sığınacaq tapıb, yaşamışdır. Bu gün 70 minə yaxın azərbaycanlı özbəkistan cəmiyyətinin sosial, ictimai iqtisadi və digər sahələrində fəal iştirak etməkdədir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrim formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hər iki prezidentlərin səfər və görüşləri zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Bu münasibətlər bu gündə davam edir, Azərbaycan və Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında prezident İlham Əliyevin və prezident Şafkat Mirziyoyevin şəxsi münasibətləri həll edici rol oynayır.
Ölkəmizə səfər etmiş Özbəkistan prezidenti ilə imzalanan sənədlərdən biridə ali dövlətlər arası şuranın yaradılması barədə müqavilədir. Qarabağ müharibəsi zamanı qardaş Özbəkistanın mənəvi dəstəyini çox hiss etdik. Eləcədə Qarabağın bərpası işində qardaş dövlətlərdən Özbəkistan öz hədiyyəsi ilə gəldi. Özbəkistan respublikasının prezidenti Şafkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, dostluq və həmrəylik dəstəyidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Ulukbəyin adını daşıyır.
Özbəkistan və Azərbaycan əməkdaşlığının türk dünyasında eləcədə dünyada qlobal əhəmiyyəti vardır.
Ölkə rəhbərimiz və onun xanımı Mehriban xanım Əliyeva qonaqları yüksək səviyyədə qarşılayaraq, nitq söyləmişdir.
O çıxışında qeyd etdiki, “Biz ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndiririk .Bu tamamilə təbiidir, çünki biz müsiqisi, mədəniyyəti, ədəbiyyatı bir olan qardaş xalqlarıq”.
Nəsimi rayonu İctimai Şuranın sədr müavini