Dağıntılar altında 12 zeytunla 32 saatlıq həyat mübarizəsi…

image-thumbs_b_c_0e925f6708cdde2dec0b24bf0ae21a7fbackend

Hatayda dağıntılar altından çıxarılaraq müalicə olunduqdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasına gətirilən 32 yaşlı Yüksel Ergit zəlzələ zamanı yaşadıqlarını “Anadolu” agentliyinə danışıb.

“Qafqazinfo” xəbər verir ki, Ankarada özəl bir şirkətdə işlədiyini və qısamüddətli təyinatla Hatay’a getdiyini bildirən Ergit, zəlzələ zamanı qaldığı otel otağında stolun altına sığındığını bildirib.

“İçində olduğum dağıntının çox kiçik bir mənzərəsi var idi, gecə və ya gündüz olduğunu bilmədim. Sanki 10 gün idi orada idim. Dağıntılar altında olanda davamlı təkanlar olurdu, üstümə düşən kərpicləri hava almaq üçün dirsəyimlə sındırırdım. Kərpicləri sındırarkən içəridə bir torba tapdım, içində sadəcə 12 ədəd zeytun var idi. Onu götürdüm, hər dəfə istəyəndə yedim. Düzü, istəyib-istəmədiyimdən əmin deyiləm, amma yedim. 32 saat sonra dağıntılar altından xilas oldum”, – Ergit əlavə edib.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90