Dağlıq ərazilərə qar yağıb – FAKTİKİ HAVA

image-1891803backend

Bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.

Busaat.az Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən xəbər verir ki, əksər rayonlarda noyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti əsasən yağmursuz keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.

Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki