Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 500 $▼0.33%
  • Ethereum2 344 $▼0.50%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

DÇ-2022-də 2-ci tur başlayır

image-144039

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 2-ci tura start veriləcək.

Busaat.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma oynanılacaq. Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxacağı A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya üz-üzə gələcək. İrlandiya – Lüksemburq oyununda isə tərəflər ilk xalı qazanmağa çalışacaq.

E qrupunda Çexiya və Belçika növbəti, Belarusla Estoniya ilk xal üçün qarşılaşacaq.

Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşəcək. Oyun İspaniyanın Malaqa şəhərində olacaq. Buna səbəb Norveçdə koronavirusla əlaqədar səfər məhdudiyyətləridir. G qrupunda Monteneqro – Cəbəllütariq və Niderland – Latviya matçları da keçiriləcək.

H qrupunda açılış oyunu ilk turu qələbə ilə başa vurmuş Rusiya və Sloveniya yığmaları arasında təşkil ediləcək. Eyni zamanda Xorvatiya Kipri, Slovakiya isə Maltanı sınağa çəkəcək.

DÇ-2022, seçmə mərhələ, 2-ci tur

27 mart

A qrupu
23:45. Serbiya – Portuqaliya
23:45. İrlandiya – Lüksemburq

Xal durumu: Serbiya – 3, Portuqaliya – 3, Lüksemburq – 0 (oyun keçirməyib), İrlandiya – 0, Azərbaycan – 0

E qrupu
21:00. Belarus – Estoniya
23:45. Çexiya – Belçika

Xal durumu: Çexiya – 3, Belçika – 3, Belarus – 0 (oyun keçirməyib), Uels – 0, Estoniya – 0

G qrupu
18:00. Monteneqro – Cəbəllütariq
21:00. Norveç – Türkiyə
21:00. Niderland – Latviya

Xal durumu: Norveç – 3, Türkiyə – 3, Monteneqro – 3, Latviya – 0, Niderland – 0, Cəbəllütariq – 0

H qrupu
18:00. Rusiya – Sloveniya
21:00. Xorvatiya – Kipr
23:45. Slovakiya – Malta

Xal durumu: Rusiya – 3, Sloveniya – 3, Slovakiya – 1, Kipr – 1, Xorvatiya – 0, Malta – 0.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul