Britaniya Hərbi Dəniz Qüvvələri Yəmən yaxınlığında dənizdə insident baş verdiyini bildirib.
Busaat.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
Məlumata görə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Mokha şəhəri yaxınlığında insident barədə məlumat alıb.
Şöbədən aydınlıq gətirilib ki, vəziyyət səlahiyyətli orqanlar tərəfindən araşdırılır.