Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 234 $▼0.08%
  • Ethereum2 394 $▲0.32%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
İdman

“Dinamo”nun baş məşqçisi həbs olundu

image-7f000b10-147e-3f27-8125-4999b4ef5dfd_850

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Busaat.az  xəbər verir ki, 50 yaşlı mütəxəssis korrupsiyaya görə həbs cəzası alıb.

Klubun idman direktoru vəzifəsində də çalışan Zoran Mamiçin qardaşı Zdvarko Mamiçə isə 6,5 il həbs cəzası verilib. Zoran Mamiç törətdiyi əməli boynuna almayıb və klubdakı hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Zoran Mamiç və Zdvarko Mamiç korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul