DİQQƏT! Marketlərdə satılan bu qatıqları almayın

image-1675247211_qasiqda-qatiqbackend

Marketlərdə, bazarlarda kənd qatığı adı ilə məhsullar satılır. Bu qatığı aldıqda onu günlərlə soyuducuda xarab olmadan saxlanılmasının şahidi olmuşuq.

Maraqlıdır, görəsən, marketlərdə bazarlarda kənd qatığı adı ilə satılan məhsullar insan orqanizmi üçün nə dərəcədə sağlamdır?

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, qatıq sağlam qida hesab olunan və tərkibində faydalı bakteriyaları olan probiotiklərlə zəngindir.

Onun sözlərinə görə, həmin probiotiklər bağırsaq sağlamlığı üçün çox faydalıdır:

“Çünki bu probiotiklər bağırsaqların sağlamlığını qoruyan, mikroflorasını tənzimləyən, hərəkətliliyini təmin edən probiotiklərdir. Bunlar yalnız təbii ev üsulu ilə hazırlanmış qatığın tərkibində olur. Çünki qatıq fermendləşdirmə üsulu ilə alınır. Sənaye üsulu hazırlanan qatıqlarda isə bu proses kimyəvi maddələr yarandığından və istehsal prosesi süni şəkildə baş verdiyinə görə, qatıq faydalı xüsusiyyətlərini yerinə yetirə bilmir. Bildiyimiz kimi süd məhsulları tez xarab olur. Qatığın uzun müddət qalması üçün onun tərkibinə fərqli kimyəvi maddələr qatılır. Qatılığı olması üçün isə bir çox hallarda nişastadan və digər qida üçün yararlı olmayan qatqılardan əlavə olunur”.

Məhsəti Hüseynova bildirib ki, həmin qatıqların istehlakı qəbizlik, bəzən də islaha səbəb olur:

“Buna görə də ev üsulu hazırlanan qatıqları istehlak etmək daha məsləhətlidir. Ev üsulu ilə hazırlanan qatıqların saxlama müddəti 4-5 gündür. Sənaye üsulu hazırlanan qatıqlar pasterizə olunmuş südlərdən hazırlandığına görə, bu, südün tərkibindəki faydalı elementləri öldürür. Xüsusilə mədə bağırsaq və həzm sistemində problem olan insanların istifadə etməsi tövsiyə olunmur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki