Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.76 $▼4.75%
  • WTI neft96.57 $▼4.18%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.870 $▼1.27%
  • Qızıl3 956 $▲1.17%
  • Gümüş50.58 $▲0.98%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 562 $▼2.13%
  • Ethereum2 235 $▼1.62%
  • S&P 5007 555▼0.34%
14°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
İqtisadiyyat

Dolların Rusiyada kəskin bahalaşması Azərbaycana belə təsir etdi

image-dollar665-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər Rusiyada dolların məzənnəsi artmağa başlayıb. Sonuncu statistikaya görə, Rusiya Mərkəzi Bankı dolların məzənnəsini 102,58 rubl qeyd edib.

Rusiyada rublun zəifləməsinin Azərbaycana necə təsir edəcəyi maraq doğurur. Məlum olduğu kimi Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rublun zəifləməsi iki ölkə arasındakı ticarət münasibətlərində müəyyən dəyişikliklərə səbəb olacağı da istisna edilmir. Bu, ən əsas da kənd təsərrüfatı məhsullarının qiymətinə, satışına təsir göstərir.

Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarına necə təsiri olacaq?

Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycan manatda məhsul istehsal edir, fermerlər də buna uyğun qiymət təyin edir:

“Rubl dollara görə ucuzlaşanda paralel olaraq manata görə də ucuzlaşmış olur.

Xalid Kərimli

Məsələn, əvvəl məhsul 5 manata qoyulanda təxminən 400 rubl olurdusa, indi eyni qiymətə qoyulduqda 600 rubl olacaq. Ona görə də sözügedən proses Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarının qiymətinə mənfi təsir edəcək. Bu o deməkdir ki, Azərbaycandan eyni qiymətə satılan məhsul rus alıcısı üçün bahalaşmış olacaq. Bu halda alıcılar istənilən həcmdə məhsul ala bilməyəcək. Nəticədə satıcı qiyməti manatda və rublda endirməli olacaq. Rublun ucuzlaşması məhsul ixrac edən sahibkarlar üçün yaxşı hal deyil”.

İqtisadçının sözlərinə görə, Rusiyadan vəsait göndərən azərbaycanlılar üçün də rublun ucuzlaşması müsbət hal deyil:

“Onların maaşı rublladır. Öz xərclərini çıxıb, göndərəcəkləri vəsaiti manata çevirəndə daha ucuz qiymətlə hesablandığı üçün nəticədə az pul əldə edilmiş olur. Ona görə də hər bir halda bu, yaxşı hal deyil”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154647