Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edib.
Busaat.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda həm Bakı Şəhər Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədris davam etdirilir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.