DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi

image-ilqarbackend

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavinini vəzifəsindən azad edib.

Busaat.az xəbər verir ki, sərəncama əsasən, İlqar Əli oğlu Musayev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında əsasnamə 2021-ci ilin 22 dekabrında təsdiqlənib. Qurum dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini, şəbəkələrini idarələrarası elektron sənəd dövriyyəsini və digər məsələləri həyata keçirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki