Dünya Bankı 2023-cü ildə enerji qiymətlərinin 11% düşəcəyini proqnozlaşdırıb

image-dunya_banki_1backend

 Dünya Bankı bildirib ki, enerji qiymətləri bu il 59,1% artımdan sonra 2023-cü ildə 11,2% ucuzlaşacaq.

Busaat.az Busaat.az xəbər verir ki, Dünya Bankı bu barədə “Pandemiya, Müharibə, Tənəzzül, Alüminium və Mis qiymətlərinin hərəkətverici qüvvələri” başlıqlı Əmtəə Bazarlarına Baxış Hesabatını dərc edib.

Hesabatda qlobal artımın kəskin yavaşlaması və gözlənilən qlobal tənəzzüllə bağlı narahatlıqların əmtəə qiymətlərinə təsir göstərməsi qeyd olunub.

Qlobal artımın azalma tempi müşahidə edildikcə, əmtəə qiymətlərinin yaxın 2 ildə enmısinin gözlənildiyi, lakin qiymətlərin son 5 ilin orta göstəricilərindən yüksək olacağı vurğulanıb.

Hesabatda bildirilib ki, Avropada enerjinin əlçatanlığı ilə bağlı narahatlıqlar güclənərkən, enerji bazarları bir sıra təchizat problemləri ilə üzləşib.

Artan əmtəə qiymətlərinin inflyasiyanı artıra biləcəyi vurğulanan hesabatda neft, təbii qaz və kömürdən ibarət enerji məhsullarının qiymətləri indeksinin bu il keçən illə müqayisədə 59,1% artdığı vurğulanıb. Enerji qiymətləri indeksinin 2023-cü ildə 11,2% azalacağının gözlənildiyi, lakin qeyd olunan azalmaya baxmayaraq, qiymətlərin son 5 ilin orta göstəricisindən 75% yüksək olacağı bildirilib.

Hesabatda Brent markalı neftin barrel qiymətinin bu il keçən ilə nisbətən 42% artaraq orta hesabla 100 dollara çatmasının, 2023-cü ildə isə azalma ilə orta hesabla 92 dollara enməsinin gözlənildiyi bildirilib. Qeyd olunub ki, 2024-cü ildə Brent markalı neftin barel qiymətinin 80 dollar civarında olacağı gözlənilir.

Qeyd edək ki, metal qiymətlərinin bu il 2,9% artdığı halda, gələn il 15% azalacağı məlumatı da hesabatda yer alıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90