Ekofəallar Laçın-Xankəndi yolunda təmizlik və abadlıq işləri aparıb, ağaclar əkib

image-342558934_226419443362540_5157290567564380887_nbackend

Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasının iştirakçıları aksiyanın əhatə etdiyi ərazidə bu gün təmizlik və abadlıq işləri aparıblar.

Busaat.az xəbər verir ki, ekofəallar həmiçinin həmin ərazidə ​ağac əkiblər.

Xatırladaq ki, ekofəalların etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən dayandırılıb və iştirakçılar mərhələləri şəkildə ərazini tərk edir. Bununla yanaşı, aksiya ərazisi ekofəallar tərəfindən təmizlənir və ərazidə müxtəlif növ ağaclar əkilir.

495a30f2 7a36 46ed ae84 5eb969ecacb0
d0a94f2b 2cee 4954 ac99 e2f7362a1ee2
4c84ed5e 270a 4e57 a7b4 aa0cac8ba500


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki