Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Əli Əsədov parlamentdə hesabat verir – Yenilənir

image-esedov-2

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Busaat.az  xəbər verir ki, iclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

Baş nazir hökumətin 2020-ci il hesabatını deputatlara təqdim edəcək.

***

Baş Nazir çıxışında COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışıb. O qeyd edib ki, ötən il 644 milyon manat vəsait koronavirusla mübarizəyə sərf edilib: “Bu günə kimi 460 min nəfər əhali vaksinasiya olunub. Ümid edirik ki, vaksinasiya xəstəliyin miqyasının azaldılmasında əhəmiyyətli rol oynayacaq”.

***

Ə. Əsədov çıxışında qeyd edib ki, hökumətə təqdim edilən təkliflərin hər birində antikorrupsiya məsələlərinin nəzərdə tutulması, sui-istifadə hallarına yol verilməməsi mərkəzi icra hakimiyyəti orqanları qarşısında qoyulan əsas məsələlərdəndir: “Bu məqsədlə Azərbaycan İnvestisiya Fondu yaradılıb. 22 iri dövlət müəssisəsinin bu quruma verilməsi planlaşdırılıb. Bu günə kimi 8 dövlət müəssisəsi holdinqin idarəçiliyinə verilib”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul