Əlisa Nicat üçün bir gecədə 7000 manata yaxın pul yığıldı

image-1669982656_316785082_812265126532143_2227760793946111846_n-1backend

Əlisa Nicat üçün bir gecədə 7000 manata yaxın pul yığılıb.

Busaat.az xəbər verir ki, bu haqda Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində məlumat verib.

O, qeyd edib ki, Əlisa Nicat üçün bir gecədə yığılan pulun məbləği 6987 manat olub:

“Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldıq. Üzeyir gözlərinə inanmadı “vay dədə, bu nədi” dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir”.

O, həmçinin qeyd edib ki, dünən və bu gecə yardımlar davam edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90