Əməkdar artist ölüm ayağındadır

image-novruz-qartalbackend

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.

Aktyorun həyat yoldaşı Zərqələm Əliyeva müsahibə verib.

Z.Əliyeva qeyd edib ki, Novruz ölüm ayağındadır:

“Vəziyyəti ağır idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq”.

O bildirib ki, həkimlər Əməkdar artistin müalicəsinin xarici ölkədə aparılmasını məsləhət bilir:

“Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı”.

Həyat yoldaşı Novruz Qartalın xəstəxanada ağır vəziyyətdə olduğunu və heç kimin maraqlanmadığını qeyd edib:

“Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşurlar. Mədəniyyət adamlarından heç kəs onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər”.(qaynarinfo.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki