Ərdoğan: Türkiyə təkcə öz tarixində deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşib

image-erdogan-8593135backend

Türkiyə çətin anda uzadılan yardım əlini unutmayacaq.

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin təşəbbüsü ilə təşkil edilən Dünya Hökumət Zirvəsi iştirakçılarına videomüraciətində bildirib.

Türkiyə lideri qeyd edib ki, o, əvvəllər sammitdə şəxsən iştirak etməyi planlaşdırırdı, lakin fevralın 6-da baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar planlara yenidən baxılıb.

“İrimiqyaslı fəlakətlərin nəticələrini Türkiyənin on vilayətində 13,5 milyon insan hiss edib. Yeraltı təkanlar 500 km ərazidə hiss olunub. Təəssüf ki, böyük dağıntılar oldu. Alimlər bildiriblər ki, bu zərbələr 500 atom bombasının partlamasına bərabər enerji buraxıb”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə təkcə öz tarixində deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşib.

Ərdoğan bildirib ki, episentri Türkiyənin Kahramanmaraş olduğu dağıdıcı zəlzələlər zonasında çalışan axtarış-xilasetmə qrupları son doqquz gündə 8 mindən çox insanı dağıntılar altından xilas edib.

“Təəssüf ki, dağılmış minlərlə evin dağıntılarının təmizlənməsi ilə qurbanların sayı da artır. Zəlzələdən zərər çəkən 81 mindən çox Türkiyə vətəndaşından bəziləri xəstəxanalardan evə buraxılıb. Axtarış-xilasetmə qrupları dağıntılar altından 8 mindən çox insanı xilas edib”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti əmin olduğunu bildirib ki, xalqın dəstəyi sayəsində ölkə qısa zamanda bu fəlakətin nəticələrini aradan qaldıra biləcək.

Türkiyə lideri dağıdıcı zəlzələlərin fəsadları fonunda Türkiyəyə yardım etməyə tələsən bütün ölkələrə təşəkkür edib.

Dövlət başçısı dünyanın yüzdən çox ölkəsinin, o cümlədən sammitə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərinin Türkiyəni dəstəkləyən bəyanatlar verdiyini xatırladıb.

“Bəzi dövlətlər Türkiyəyə xilasedicilər göndərdi, bəziləri yardım toplama kampaniyaları başlataraq həmrəylik nümayiş etdirdi. Bəzi dövlətlər Ankaraya dəstək bəyanatları veriblər. Bu fəlakət [mərkəzi Türkiyədə olan zəlzələ] beynəlxalq həmrəyliyin vacibliyini bir daha sübut etdi”, – deyə prezident bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90