Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Siyasət

Ərdoğanın səfər proqramı açıqlandı

image-erdoganturkiye2

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub.

Busaat.az  TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan Ermənistan işğalından azad edilən Şuşaya yollanacaq.

Türkiyə lideri Şuşada Prezident İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Bundan sonra liderlərin təkbətək görüşü olacaqş ardından müqavilələr bağlanacaq və birgə mətbuat konfransı keçiriləcək.

Ərdoğan gecəni Bakıda keçirəcək və ertəsi gün təmaslarını davam etdirəcək. Prezident çərşənbə günü Azərbaycan Milli Məclisinə xitab edəcək.

O, Azərbaycana səfərinin son günündə Türkiyə Milli Komandasının Uelslə keçirilən oyununu izləyəcək.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul