“Vaxtından əvvəl doğulmanın səbəbləri müxtəlifdir. Əsas məsələ hamiləlik dövründə düzgün qidalanma, sağlamlıq imkanlarına diqqət yetirilməsidir”.
Busaat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitununun pediatrı Xuraman Məmmədova qurumun təşkil etdiyi canlı yayım zamanı bildirib.
Həkimin sözlərinə görə, vaxtından əvvəl doğulmanın səbəbləri arasında digər psixoloji nüanslar da var:
“Fiziki və psixoloji şiddət kimi amillər vaxtından əvvəl doğulma səbəblərindəndir”.
Zeyd Bağırzadə