“Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoruna cinayət işi başlanıldı

“Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoruna cinayət işi başlanıldıbackend

Baş Prokurorluqda aparılmış araşdırmalarla bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, araşdırmalarla Ermənistan vətəndaşı, işğalçı ölkənin “Demokratiya naminə Tərəfdaşlıq” Mərkəzinin sədri, habelə “Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru, İrəvan Dövlət Universitetinin müəllimi, “Prospekt” Regional və Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərərin vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və bu kimi ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq  çağırışlar etmələri, o cümlədən eyni məzmunlu materialları yaymaları müəyyən edilib.

Faktla bağlı Baş prokuror tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 214-2 (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Baş Prokurorluğu tərəfindən ölkə ərazisində, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı yönələn istənilən hüquqazidd əməlin qarşısının alınmaqla, cinayətkar əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki