“Ermənilər Azərbaycanı qisas əməliyyatının növbəti mərhələsini həyata keçirməyə vadar edir” – EKSPERT RƏYİ

image-20-sentyabrdan-sonra-qarabagda-herbi-emeliyyat-anonsu-204518backend

Son günlər cəbhədə vəziyyət gərginləşib. Qarabağdakı erməni qüvvələri təxribatları artırır və demək olar ki, sülh danışıqlarında irəliləyiş yoxdur. Rusiya sülhməramlılarının nəzarətində olan və olmayan bölgələrdə atəşkəs rejimi dayanmadan pozulur.

Regionda baş verən bu hərarətlilik hərbi qarşıdurma risklərini də artırıb. Rəsmi Bakının erməni təxribatlarına qarşı adekvat cavab verəcəyi barədə müxtəlif fikirlər səsləndirilir.

Busaat.az mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib:

image-edalet-e1617183922851-1024x576

“Həm Azərbaycan-Ermənistan sərhəddində, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin intensiv və eyni gündə bir neçə rayon istiqamətində bir neçə dəfə pozulması Azərbaycanı qisas əməliyyatının növbəti mərhələsini həyata keçirməyə vadar edir”.

Ekspert hərbi əməliyyatların başlanacağı tarix barədə deyib: “Əməliyyatların başlama vaxtının təyin olunması bizdən asılı olan məsələ deyil. Bu daha çox Ermənistan tərəfindən asılıdır. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və digər təxribatlara yol verməsi bu əməliyyatın tarixini təyin edə bilər”.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki