Ermənilərin anti-türk yanaşması: “Bu cür addımlar atılan təşəbbüsləri sıfıra endirir”

image-3313253_810x458backend

“Ermənistanda radikal meylli qüvvələrin zərərsizləşdirilməsi regional inkişaf baxımından əhəmiyyətlidir”.

Bu sözləri ötən gün Qarabağda döyüşən 100-ə yaxın erməninin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə etiraz olaraq İrəvanın Zvartnots hava limanına gedən yolu bağlamasına və etiraz aksiyası keçirməsinə toxunan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, bu gün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə qarşı İrəvanda müqavimət hərəkatı müşahidə olunur:

 

image-180762-1

“ASALA-nın təhdid dolu çıxışları, Ermənistan blokunun müxtəlif fikirləri və parlamentdə Şuşa Bəyannaməsinin pislənməsi yönündə çıxışlar müşahidə olunur. Bu gedişat regionun inkişafı baxımından atılan təşəbbüsləri də sıfıra endirir. Qeyd edim ki, Azərbaycan deputatlarının İrəvana səfəri fonunda da etiraz aksiyaları keçirilib. Bu amillər Ermənistan arasında radikalizm və millətçiliyin hökm sürməsinə səbəb olan qüvvələrin mövcudluğunu göstərir.

Regionun gələcəyi baxımından bu gün Ermənistana cəlbedici təkliflər edilib. Bu təkliflərə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, diplomatik əlaqələrn qurulması, Azərbaycanla iqtisadi əlaqələrinin bərpa olunması fonunda Zəngəzur dəhlizinin açılması və bir sıra amillər daxildir. Ermənistanda radikal meylli qüvvələrin zərərsizləşdirilməsi regional inkişaf baxımından əhəmiyyətlidir. Bu qüvvələrin aradan qaldırılması sülh müqaviləsinin imzalanmasını da tezləşdirəcək”.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90