Ermənistan Azərbaycana sadələşdirilmiş keçid verə bilər

image-1backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında Zəngəzur dəhlizində Azərbaycana sadələşdirilmiş prosedur təkli edib.

Mirzoyan: “21-ci əsr logistika keçidlərinin sadələşdirilməsi əsridir, hamı hamı ilə sadələşdirməyə nail olmağa çalışır, biz Azərbaycanla da sadələşdirilmiş prosedurları görürük ki, bu da yollar açılanda tətbiq oluna bilər və hamımız, həm Ermənistan, həm də Azərbaycan, bundan faydalanacaq. Bizim mövqeyimiz eynidir.”

Maraqlıdır ki, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəhlizə dair 180 dərəcə mövqeyini dəyişən Mirzoyan “mövqeyiz eynidir” deyir. Buna görə də, dəfələrlə nala-mıxa vuran rəsmi İrəvanın sözlərinə inanaq olmaz. Bakını sözlər yox, əməllər maraqlandırır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki