Ermənistan niyə sülh istəmir?: “Başda Fransa olmaqla Rusiya siyasi dairələri…” – ŞƏRH

image-media-news_20221006084206-th7oib2rx1ycjq8uwlmpbackend

“Paşinyan dəfələrlə ilin sonuna qədər sülh müqaviləsinin bağlanacağını vurğulayıb”.

Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın “biz sülhə mümkün qədər tez nail olmaq üçün çalışırıq” bəyanatına münasibət bildirən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

image-elshad_hesenov_190422

O, bildirib ki, 2022-ci ilin oktyrabın 6-sı Praqada keçirilən dördtərəfli görüşdə danışıqlarla bağlı müsbət nəticə əldə olunub:
“Azərbaycan Respublikası prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı prezidenti Şarl Mişel arasında oktyabrın 6-sı keçirilən Praqa görüşündə Ermənistan-Azərbaycan münasiətlərinin normallaşdırılması istiqamətində müsbət nəticə əldə olundu. Görüşdən sonra verilən bəyanatda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı məlum oldu. Şarl Mişel sülh müqaviləsinin imzalanması üçün işlər getdiyini bildirdi. Paşinyan dəfələrlə ilin sonuna qədər sülh müqaviləsinin bağlanacağını vurğuladı”.

Sonraki proseslərdə Fransanın anti-Azərbaycan siyasətinə toxunan politoloq deyib: “Praqa görüşündən bir həftə sonra Makron televiziyaya verdiyi müsahibədə Azərbaycana qarşı qeyri-obyektiv fikirlər səsləndirdi. Bu hadisənin ardınca Fransa senatı Azərbaycana qarşı beynəlxalq hüquqi normalara uyğun olmayan qətnamələr qəbul etdi. Fransa Minsk qrupunun həmsədrliyini etdiyi dövrdə belə özlərinin dediyi kimi, bacısı Ermənistana tərəf durub. 7 dekabra təyin olunmuş görüşə Paşinyan Makronla gəlməyi şərt kimi irəli sürdü. Bu isə Azərbaycan tərəfindən qəbul edilmədi”.

Son günlər Ermənistan rəsmilərinin yenidən sülh ritorikalarına geri döndüyünü bildirən ekspert əlavə edib: “Son günlər Ararat Mirzoyan və Paşinyan bəyanatlarında sülh istədiklərini bildirir. Ancaq onlara Fransa və Rusiyanın bəzi siyasi dairələri mane olur. Sülh müqaviləsinin bağlanmasını həm ABŞ, həm də Avropa dəstəkləyir. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü zamanı ABŞ dövlət katibi Blinken sülh müqaviləsinin tezliklə bağlanmasını istəyirik deyib. Yaxın vaxtlarda Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü gözlənilir. Görüşdən sonra İlham Əliyevlə Paşinyanın görüşü təşkil oluna bilər. İlin sonunadək sülh müqaviləsinin imzalanacağını hesab etmirəm”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki