“Ermənistan üçün Azərbaycanla sülh sazişinin imzalanması prioritetdir” – XİN

image-unanyanbackend

Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasını prioritet məsələ hesab edir”.

Busaat.az  xəbər verir ki, bunu “Armenpress” agentliyinə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Ermənistan hökuməti Ermənistan üçün sülh yolu ilə inkişaf erasının açılması strategiyasını qəbul edib və təbii ki, bu istiqamətdə addımlar atmağa hazırdır. Konkret sülh müqaviləsinin imzalanmasına gəldikdə, ən yüksək səviyyədə dəfələrlə bəyan edilib ki, bu, hökumətin gündəliyinin prioritetlərindən biridir”, – XİN sözçüsü qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90