Ermənistan və Azərbaycan danışıqlar prosesini sürətləndirmək barədə razılığa gəldi – Ermənistan XİN

image-xin-ermenijpg-1637658915backend

 “Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıblar və bir sıra məsələlərin həll olunmamış qaldığını qeyd ediblər”.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Vaşinqton görüşündən sonra verdiyi bəyanatda qeyd olunub.

“Noyabrın 7-də ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib. Mirzoyan və Bayramov ABŞ-ın dövlət katibi Antoni Blinkenlə də görüşüblər. Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri yaxın həftələrdə daha bir görüşün keçirilməsi barədə razılığa gəliblər” -deyə, məlumatda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində bəyan edib: “Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıblar və bir sıra məsələlərin həll olunmamış qaldığını qeyd ediblər. Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər”.

Nazirlikdən verilən məlumata görə, tərəflər Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiqləyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90