Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Ermənistanda keçmiş ombudsman Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub

image-kristine-qriqoryan

Ermənistanın keçmiş ombudsmanı Kristine Qriqoryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Busaat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sənəd Ermənistan hökumətinin saytında yerləşdirilib.

“Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında” qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin”, – sərəncamda qeyd edilib.

Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul