Ermənistanda Qarabağdan qanunsuz silah daşınması ilə bağlı 9 cinayət işi başlandı

Ermənistanda Qarabağdan qanunsuz silah daşınması ilə bağlı 9 cinayət işi başlandıbackend

Döyüş meydanında üzləşdiyi ard-arda uğursuzluqlar səbəbindən Ermənistan ordusunda nizamsızlıq və hərc-mərclik hökm sürür. Ermənistanın İstintaq Komitəsi Dağlıq Qarabağdan qanunsuz silah daşınması faktları ilə bağlı 9 nəfərə qarşı cinayət işi açıb.

Busaat.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi sədrinin müavini Artuş Melikyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu işlər bir-biri ilə əlaqəli deyil. Belə ki, mütəşəkkil yox, ayrı-ayrılıqda törədilən cinayətlərdir.

“Bir qayda olaraq, problem ehtiyatda olanlarla ortaya çıxır, eyni zamanda silah daşınmasına dair məqsədləri ilə bağlı ciddi əsaslar göstərə bilmirlər”,- deyə Melikyan qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki