“ABŞ rəsmilərinin fikirlərini ABŞ-ın Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməsi yönündə atılan addım kimi qiymətləndirmək olar”.
Bunu ABŞ rəsmilərinin Ermənistan-Azərbaycan arasında sülhə çağırışlarına münasibət bildirən siyasi şərhçi Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Fransa senatının yuxarı və aşağı palatalarının ard-arda qəbul etdiyi sərsəm bəyanatlarından sonra Avropa Parlamenti də qətiyyən Cənubi Qafqaz reallıqlarına aid olmayan qətnamə qəbul edib:
“Bu qətnamə Azərbaycan əlehinə qəbul edilib. Regionda sülhün mökəmlənməsinə yox, tam əksinə münasibətlərin gərginləşməsinə xidmət edir. Belə davranışlar fonunda Azərbaycanın həm millət, həm dövlət olaraq qərb institunlarına inamı ciddi zədə alıb. Bu səbəbdən də ABŞ rəsmilərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yönündə sülh çağırışları siyasi gediş kimi görülür”
.Politoloq ABŞ-ın məqsədləri barədə danışıb: “ABŞ rəsmilərinin fikirlərini bu ölkənin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməsi yönündə atılan addım kimi qiymətləndirmək olar. Məqsəd Azərbaycandan mümkün güzəştlər vasitəsilə Ermənistanı nəzarətdə saxlamaq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, Ermənistanı tam Qərbyönümlü dövlətə çevrilməkdir. Ermənistanı Rusiyanın nəzarətindən çıxarıb Gürcüstan modelli dövlət etmək istəyirlərsə, başlıca yol məhz Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasıdır”.
Ələsgər / Busaat.az